20 il keçsə də, Heydər Əliyev bunu unutmamışdı - Axar TV

11-04-2018, 10:02           
20 il keçsə də, Heydər Əliyev bunu unutmamışdı - Axar TV
Yalçın Rzazadə 1946-cı il dekabrın 31-də Lənkəran rayonunda ziyalı ailəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən ifaçı 68-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda oxuduğu “Durnalar” mahnısı olub.

Yalçın bəyin atası onun musiqiçi olmasını istəməyib. O, övladının rəsm çəkmək qabiliyyətinə görə rəssam olacağını fikirləşirmiş. Anası isə Yalçının musiqiyə olan həvəsini görüb ona gitara alır. Sənətkar bu barədə özü danışıb:

“Zabit qonşumuz vardı, xanımı gitara müəllimi idi. Mən onun yanına gitaranı öyrənməyə gedirdim. Atam bir dəfə anamın aldığı gitaranı sındırdı. Onun fikrincə, kişi gitara çalmazdı. Kişi gərək mühəndis olaydı, zavodda işləyəydi. Amma rəsmlərimi görürdü, deyirdi ki, rəssam ola bilərsən. İkinci dəfə yenə də anam gitara aldı. Atam onu da sındırdı. Üçüncü gitaranı anamla artıq balışların, yorğan-döşəyin arasında gizlədirdik ki, atam bilməsin. Sonralar isə konsertlərdə iştirak etməyə başladım”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.