Zirəddin Rzayev məşhur rus aparıcını cəmiyyət üçün böyük təhlükə adlandırıb
11-04-2018, 11:48
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın Birinci kanalında yayımlanan "Jit zdorovo!" (Yaşamaq gözəldir) verlişinin aparıcısı Yelena Malışevanı küçə itlərini güllələməyə çağırdığı üçün kəskin tənqid edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Rzayev bu barədə qəzəbli postunu özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Onun sözlərinə görə, bu günlərdə efirə çıxan "Jit zdorovo!" verlişində Malışeva sahibsiz küçə itlərini güllələməyə çağırıb. Bununla əlaqədar olaraq ekstrasens qeyd edib ki, heyvanların müdafiəçiləri teleulduzun bu çağırışından dəhşətə gəliblər. Sosial şəbəkədə hətta aparıcının cinayət məsuliyyətinə cəlb edilməsi üçün petisiya da təşkil edilib.