Anar Nağılbaz Maral Tahirqızı ilə olan videosundan danışdı: “Nəyə görə də olmasın... ”
11-04-2018, 20:13
Son vaxtlarda daha çox şəxsi həyatı, qalmaqallı videosu ilə gündəmə gələn məşhur reper Anar Nağılbazın sosial şəbəkədə yeni video görüntüsü yayılıb.
Yayılan görüntüdə reper müğənni Maral Tahirqızına dəstək olduğunu bildirib: “Maral xanım, biz də sizin dəsti-xəttinizi, yaradıcılığınızı izləyirik. Şükür ayaq üstəsiz, yeni yaradıcılığınız var. Azərbaycanın ilk təyyarə pilotu-müğənnisi olan Tafurla birlikdə yaradıcılığınızln davam etməsini diləyirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə reperin müğənni Maral Tahirqızının yaradıcılığınızı bəyənərək, ona dəstək olması heç də birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı musavat.com-a danışan Anar Nağılbaz əslində, müğənninin yaradıcılığından bixəbər olduğunu deyib: “Sadəcə, duet ortağım Tafurla birgə duet oxuyacaq. Mən də sadəcə ona dəstək verirəm. Onun ifalarını təəssüf ki, eşitməmişəm. Amma eşitdiyimə görə içərisində yaxşıları da var”.
“Maral Tahirqızı ilə duet oxuyarsızmı” sualımıza reper belə cavab verib: “Hələlik düşünməmişəm. Bu haqda yalnız mənim duet ortağım düşünüb. Maraql Tahirqızı onunla hansısa mahnını oxuyuacaq. Nəyə görə də olmasın?”
Onu da əlavə edək ki, uzun müddətdir ki, müalicə alan reper bu günlərdə xəstəxanadan evə buraxılıb.
Reper bəzi ağrıları olduğunu, amma ümumilikdə özünü yaxşı hiss etdiyini deyib: “Bu gün keçirilən prezident seçkisində iştirak edə bilmədim. Çünki hələ bəzi ağrılarım var. Amma ümumilikdə vəziyyətim yaxşıdır”.