"Ayşad Fuad Poladovu anmazdan əvvəl rəhbərliklə məsləhətləşməliydi" — Əli Nur

16-05-2018, 14:19           

Əməkdar artist Əli Nur mərhum xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrında tamaşada əməkdar artist Ayşad Məmmədov tərəfindən anılmasına münasibət bildirib.
"Ölkə.Az"a danışan aktyor bildirib ki, həmin aktyor bununla bağlı rəhbərliklə məsləhətləşməliydi:
"Bu məsələdən mən də xəbərdaram. Həmin gün "Şah Qacar" tamaşaçısı olub. Fuad Poladov Şah Qacar rolunun əvəzolunmaz ifaçısıydı və mədəniyyət tariximizdə sənətkar kimi qalacaq. Ayşad Məmmədovun tamaşadan öncə Fuad Poladovu anmağında qəbahət yoxdur. Çünki Həsənağa Turabov, Səməndər Rzayev kimi sənətkarları da səhnədə yad etmişik. Ancaq burada bir incə məsələ var. Teatr çox böyük ictimai tribuna olduğuna görə proqramdan kənar çıxış etmək olmaz. Teatrın rəhbərliyi, nazirliyin səlahiyyətli şəxsləri var. Onlarla məsləhətləşmək lazım idi. Belə demək mümkünsə, Ayşad həm düz edib, həm də səhv".
Qeyd edək ki, əməkdar artist Ayşad Məmmədovun "Şah Qacar" tamaşasından əvvəl xalq artisti Fuad Poladovu anması teatr rəhbərliyinin narazılığına səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru