Röya 4-cü dəfə cərimələndi - Qalmaqal

17-05-2018, 19:14           
Röya 4-cü dəfə cərimələndi - Qalmaqal
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nadir Əzimovla əməkdar artist Röya arasında növbəti məhkəmə prosesi baş tutub.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu dəfə də bəstəkar məhkəməni udub.
Qeyd edək ki, bu Röya ilə N.Əzimovun dördüncü məhkəmə prosesidir. İlk dəfə bəstəkarın iddiası Xəzər Rayon Məhkəməsinin qərarına əsasən təmin edilib. Qərardan narazı qalan Röya qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Yenə də iddiası təmin olunmayıb. Üçüncü dəfə Ali Məhkəmə işə baxmalı olub. Bu dəfə də uduzan Röya növbəti dəfə apellyasiya məhkəməsinə müraciət edib. Proses N.Əzimovun qələbəsi ilə bitib.
Məsələyə aydınlıq gətirmək üçün bəstəkarla əlaqə saxladıq. Saytımıza açıqlama verən N.Əzimovun cavabı belə oldu:
“Sağ olsun Azərbaycan məhkəmələri, ədalətli qərar çıxararaq, müəlliflik hüquqlarımı qorudu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru