Tanınmış azərbaycanlı müğənni həbs edilə bilər

22-05-2018, 11:47           
Tanınmış azərbaycanlı müğənni həbs edilə bilər
Tanınmış müğənni Təranə Qumral məhkəmə qarşısına çıxarılır.

teref.az criminal.az-a istinadən xəbər verir ki, T.Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir.

İşin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub.

T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Zərərçəkənin vəkili Ceyhun Yusifov faktı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru