Qarabağ atları Londonda təqdim olundu

22-05-2018, 22:41           


“Royal Windsor Horse Show” atçılıq tədbirinin 75 illik yubileyi münasibətilə təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsi “Land of Fire - Azerbaijan” adı ilə Qarabağ atlarını təqdim ediblər.

Trend-in məlumatına görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə 24 nəfərdən ibarət "Sərhədçi" rəqs qrupu, "Natiq Ritm Qrupu", rəssamlar Nizar Məmmədov və Akşin Kazımov iştirak ediblər.

Gənc rəssamlar Böyük Britaniyada keçirilən tədbirdə iştirakına görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanla təlfit olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru