“Kurtlar Vadisi”nin əfsanəvi oyunçusu ölüm ayağında

23-05-2018, 10:29           

Türk televiziya tarixinin əfsanəvi serialları arasında liderlik edən “Kurtlar vadisi”nin musiqilərini hazırlayan Gökhan Kırdar təcili xəstəxanaya yerləşdirilib.

GUNUNSESİ.İNFO axar.az-a istinadən bildirir ki, səhhəti ağırlaşan məşhur müğənni və bəstəkarın ağzından qan gəlib. Məlum olub ki, Kırdar bazar günündən bəri reanimasiyada yatır. Hazırda Kırdar intensiv müalicə altındadır.

2002-ci ildən bu yana “Kurtlar vadisi” serialının musiqilərini hazırlayan Kırdar 2004-cü ildə “Kurdlar vadisi” Vol.1 və Vol.2 serial albomlarını təqdim edib. 2002-ci ildən etibarən film və televiziya layihələri üçün hazırladığı musiqilər sayəsində məşhurlaşan Kırdar 2005-ci ildə “Haziran gecəsi” və “Yabancı damat” serialının musiqilərinin də yer aldığı albomlarını çıxarıb, həmçinin bir çox xarici musiqi şirkətiylə əməkdaşlıq edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru