“Bu il çox hərarətli olacaq” - Emin Ağalarov

25-05-2018, 12:32           
“Bu il çox hərarətli olacaq” - Emin Ağalarov
““Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı hazırlıq işləri sürətlə aparılır. Hazırda qəfil küləkdən müdafiə məqsədilə montaj işləri görülür. İştirakçıların sayına gəldikdə, demək olar, Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında festivalın təşkilatçılarından biri, tanınmış müğənni və bəstəkar Emin Ağalarov deyib.
O deyib ki, festivala təxminən 1000 nəfər musiqiçi gələcək, çünki hər bir artist öz kollektivinin müşayiətilə çıxış edəcək.

Festivalın proqramı haqqında məlumat verən Emin diqqətə çatdırıb ki, builki “Jara”da üç yubiley konserti olacaq - Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin yubiley gecələri keçiriləcək. Habelə Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Yuri Antonovun da yaradıcılıq gecəsi gözlənilir. Hələ ki o, iştirakını şifahi təsdiqləyib. Eləcə də 55 yaşı tamam olan Valeri Meladze öz kollektivi ilə çıxış edəcək.
“Zənnimcə, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. Birinci “Jara” bir növ sınaq olsa da, Rusiyanın Birinci Kanalında reytinq baxımından çox yüksək nəticə göstərdi.
Qeyd edək ki, iyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru