Xatundan küsülü olduğu müğənniyə JEST - Nəhayət, barışdılar - VİDEO

30-05-2018, 14:06           

"Əməkdar artist" fəxri adı alan Könül Kərimovanı sənət yoldaşları təbrik edib.

Milli.Az xəbər verir ki, onlar sırasında uzun müddətdir küsülü olduğu Xatun Əliyeva da olub. Bu barədə əməkdar artist "5/5"-də açıqlama verib:

"Hətta bugün Xatun da zəng edib, təbrik etdi (gülür)".

Zaur Könül Kərimovaya "Küsülü idiniz?" sualı ilə müraciət edib. Əməkdar artist "Yox artıq. Hər şey həll olundu. Artıq hər kəs bilsin ki, barışdıq" cavabını verib.

Xatırladaq ki, Xatun 2017-ci ilin sonunda Könülün qızının toy mərasiminə də qatılıb. Sənətçinin məclisdə qonaqlar arasında yer alması hər kəsi təəccübləndirmişdi.
Qeyd edək ki, müğənnilər arasındakı küsülülüyə Xatunun parodiya etməsi səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru