Mətanət dünən “Şpaqat açıram, əcəb edirəm” demişdi, bu gün isə… – “Maşın” şouda Qalmaqal böyüyür

3-06-2018, 07:50           

İki məşhur aparıcı arasındakı qalmaqal davam edir

Teleməkanın ən reytinqli verilişi “Maşın” şou qalmaqallarla yadda qalmağa davam edir.

Minval.İnfo xəbər verir ki, ötən gün aparıcılar Mətanət Əliverdiyeva ilə Aytən Səfərova arasında yaşanan dava bu gün davam etdirilir.belə ki, dünən Aytən ilə aktyor Cavidan Novruz arasında mübahis yaşanıb. M. Əliverdiyeva isə Cavidana “Onu məndən yaxşı tanıyan yoxdur. Həmişə … olub” deyib. Sözügedən görüntülər efirə getdikdən sonra iki xanım arasında mübahisə davaya çevrilib. Əliverdiyeva daha dediyi sözlərə haqq qazandırıb:

“Burada ən pozitiv insan mən və Cavidandır. Nə etməliyik? Bir nöqtəyə baxmalıyıq? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə?

45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxarma. Biz çox gözəl zarafatlar edirik. Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin”.

Aytən isə 2015-ci ildə Mətanəti müdafiə etdiyi üçün ANS-dən çıxdığını dilə gətirib:

“Mən xalqın qarşısında şpaqat aça bilmərəm. Üstümə qışqırma! Əzizim, səni Azərbaycan xalqı yaxşı tanıyır. Emosional ola bilərəm, açıq sözlüyəm. Mən, Aytən Səfərovayam. Məhz dünya jurnalistika tarixində sözünü deyən, sözü kəsərli olan jurnalistlər tarixdə qalıb.
İlk gündən demişdim ki, heç bir həmkarıma toxunmayacam. Biz burada “Azad Azərbaycan” ailəsinin üzvləriyik. Əslində, düz deyir. Mətanətdən yaxşı məni tanıyan yoxdur. Ona görə ki, bir neçə il bundan əvvəl səni müdafiə edərək işdən getmişdim. Ayıb olsun sənə, Mətanət, çox ayıb olsun!”

Reklam arasında isə Mətanət Aytənin üstünə su töküb. Canlı efir başlamamışdan onların yeri dəyişdirilib.

Bu gün isə səsverməyə Aytən Səfərova çıxıb. Mətanət Əliverdiyeva onun getməsi üçün səs istəyib:
“O həmişə mənə badalaq gəlib, ayağımın altını qazıb. O vaxt şəxsi həyatımla bağlı olmayan sözlər yaymışdı. Sübut olundu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru