Niyam Salami kimi üçün təcili Bakıya qayıdır?

4-06-2018, 12:16           
Niyam Salami kimi üçün təcili Bakıya qayıdır?
Uzun müddətdir Bodrumda şəxsi biznesi ilə məşğul olan sevilən müğənni Niyam Salami Bakıya geri dönür.

DİA.AZ xəbər verir ki, ifaçını vətəninə qaytaran səbəb Ramazan bayramını pərəstişkarlarının onula qeyd etmək istəməsidir. Beləki, sevilən müğənni uzun müddət ayrılıqdan sonra ilk dəfə iyun ayının 17-də pərəstişkarlarının qarşısına "Şahdağ Resort and Spa" otelində möhtəşəm konsertlə çıxış edəcək. Konsertində Salami yeni mahnılarını da sevənlərinə təqdim edəcək.

Qeyd edək ki, bu ay Niyam Salami yeni "Ay gecikən məhəbbətim" adlı köhnə mahnını yeni və dünya standartlarında aranjimanla təqdim edib. 6 aydır Bodrumda yaşayan Salami mahnısını elə Bodrumdaki səs yazma studiyaların birində yazdırıb. Bol yeniliklərlə qısa müddətlik vətəninə qayıdan Niyam Salami Ramazan bayramı münasibətilə keçirəcək konsertinə Bodrumda canlı ansamblı ilə məşqlər edir. Biznes qurub qazanc güdən müğənni sənətini də vətənində unutdurmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru