Məlahət Abbasova: “Öpüşmək mənlik deyil”

27-07-2018, 12:56           
Məlahət Abbasova: “Öpüşmək mənlik deyil”
Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova erotik filmlərə münasibətindən danışıb.
Yenicag.az-a açıqlama verən aktrisa heç vaxt açıq-saçıq rollara çəkilmədiyini bildirib:
“Bizim mentalitetdə erotikaya yer yoxdur. Belə filmlər reytinq xatirinə çəkilir, uzunömürlü də olmur. Yataq səhnələri, öpüşmək mənə görə deyil. Yataq səhnəsi olmadan da eşqi, sevgini göstərmək olar. Belə rollara heç vaxt çəkilməmişəm və çəkilmərəm də. Xalq məni tanıyır, hər zaman gözəl işlərə imza atmışam. Bu, mənim prinsiplərimdən biridir. Açıq-saçıqlıq, öpüş səhnələri olmayacaq, buna görə çox rollar itirmişəm. Yüksək qonorar, hətta trilyon da versələr, yataq səhnəsinə çəkilmərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru