Xəyyam Mirzəzadənin oğlu: “Atam Azərbaycanın canlı tarixi idi"

31-07-2018, 15:44           
Xəyyam Mirzəzadənin oğlu: “Atam Azərbaycanın canlı tarixi idi"
"Atamın həmişə əsas məqsədi dövlətə layiqincə qulluq etmək olub. Xəyyam Mirzəzadə Azərbaycanın canlı tarixi idi".

APA-nın xəbərinə görə, bunu bəstəkar Xəyyam Mirzəzadənin oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə deyib:

“Atam çox mürəkkəb xarakterə malik insan idi. Kobud bir insan kimi görünməsinə baxmayaraq, qeyri-adi istedada malik biri idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Atamdan mənə yadigar qalan onun əsərləri oldu. Son illər xəstəliyinə görə ayaqlarında problem yarandığından gəzə bilmirdi, ancaq xəstə olsa da, ölkədə baş verənləri diqqətlə izləyirdi".

P.Mirzəzadə dövlət tərəfindən atasına həmişə diqqət və qayğı göstərildiyini qeyd edib: "Heç vaxt xəstəliyi ilə bağlı kimlərəsə nəsə deməyimizi istəmirdi. Kimisə narahat etmək istəməzdi. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.