Burak Özçivit ağır xəstəliyə yaxalandı — Ekranlardan uzaqlaşır

4-08-2018, 20:22           
Burak Özçivit ağır xəstəliyə yaxalandı — Ekranlardan uzaqlaşır
Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub.
“Ölkə.Az” xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib.

Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib:

“Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”.

Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.

Burak həyat yoldaşı ilə bağlı psixoloqa bunları deyib:

“Mən sevdiyim qadınla evləndim, hər zaman mənə yardımçı oldu”.

Məlum olub ki, aktyor növbəti mövsüm üçün edilən təklifləri rədd edib. Burak Özçivit bir müddət ekranlardan uzaq qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.