"Anar Nağılbazı öldürənlər, gedin xına yaxın" - Müğənni od püskürdü 5-08-2018, 07:13 “Camaatın axırına təhqirlərinizlə, sındırmaqla çıxdınız”.AzNews.az xəbər verir ki, bunu müğənni, rəqqasə Sevda Şanaliyeva mərhum reper Anar Nağılbazın vaxtsız ölümünə münasibət bildirərkən yazıb.Sevda Şanəliyeva reperin həyatına müdaxilə edənlərə xına yaxmağı məsləhət görüb:“İndi Allah rəhmət eləsin, sabah niyə öldü, biri gün də necə öldü yazın. Olan ölənə oldu. Siz də xına yaxın”.Qeyd edək ki, bir müddət öncə Anar Nağılbazın sosial şəbəkədə video görüntüsü yayılmışdı. Bu görüntü ictimai qınağa səbəb olmuşdu. Facebook-da paylaş