"Toppuş bacı" "Hummer" ALIBMIŞ

28-09-2018, 12:41           
"Toppuş bacı" "Hummer" ALIBMIŞ
ATV kanalında yayımlanan "Bizimləsən" verilişində onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicəsinə pul yığan əməkdar artist Tünzalə Əliyeva "(Toppuş bacı") bir neçə ay öncə özünə "Hummer" markalı avtomobil alıbmış.

Sözügedən avtomobilə 25 min manat xərcləyən aktrisanın avtomobilinə sonradan həbs qoyulubmuş.

Xatırladaq ki, aktrisa sonradan verdiyi açıqlamada "Bizimləsən"də pulu xəstəliyi üçün deyil, evinin ipotekası üçün yığdığını etiraf edib:
"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm".

mənbə: olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru