Ərdoğanın sözçüsündən ABŞ-ın PKK-çılarla bağlı qərarına reaksiya:"Bizi aldada bilməzlər”

7-11-2018, 08:05           
Ərdoğanın sözçüsündən ABŞ-ın PKK-çılarla bağlı qərarına reaksiya:"Bizi aldada bilməzlər”
“Olduqca gec verilmiş bir qərardır”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın PKK rəhbərləri ilə bağlı elan etdiyi mükafat qərarına münasibət bildirərkən deyib.

“Bunu etsinlər, müsbət qarşılayarıq. Lakin YPG-nin fəaliyyələtini pərdələmək üçün verilən qərardırsa, 3 gün sonra həqiqət ortaya çıxacaq. “PKK-nı YPG və PYD-dən ayrı tuturuq” deyib, bizi aldada bilməzlər”, – deyə Qalın bildirib.

Qeyd edək ki, ABŞ “Ədalət üçün mükafat” proqramı çərçivəsində Murad Qarailan (5 milyon), Cəmil Bayık (4 milyon) və Duran Qalxanın (3 milyon) tutulması üçün mükafat təyin edib/Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru