Azərbaycanlı qadın senator boykot edildi - Qısqanclıq

9-11-2018, 22:41           
Azərbaycanlı qadın senator boykot edildi - Qısqanclıq
İranın farsdilli kütləvi informasiya vasitələri ABŞ-da senator seçilən Anna Kaplanı türk olduğu üçün boykot edib, onun seçkilərdə qələbə qazandığını işıqlandırmayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı media orqanları məlumat yayıb.

Qeyd olunur ki, noyabrın 6-da ABŞ-da keçirilən aralıq seçkilərində Anna Kaplandan əlavə İrandan olan Anna Eskemani və Zəhra Karinşək də qalib gəliblər. Ancaq farsdilli mətbuat Anna Eskemaninin Florida məclisinə üzv seçilməsini və Nyu York ştatından olan Zəhra Karinşəkin qələbə xəbərini geniş şəkildə yayıblar.

Qeyd edək ki, bu ilk dəfədir bir güney azərbaycanlı ABŞ-da senator seçilib. ABŞ-da hüquq üzrə təhsil alan Anna Kaplan Təbriz şəhərində dünyaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru