Ərdoğanın “Bu millət ənsəni patladar” xəbərdarlığına məşhur aparıcı belə reaksiya verdi:"Əgər cavab gözləyirsinizsə....."

18-12-2018, 08:30           
Ərdoğanın “Bu millət ənsəni patladar” xəbərdarlığına məşhur aparıcı belə reaksiya verdi:"Əgər cavab gözləyirsinizsə....."
Türkiyə prezidenti Ərdoğan FOX TV-nin məşhur aparıcısı Fateh Portakala növbəti dəfə sərt şəkildə xəbərdarlıq edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu gün çıxış etdiyi toplantıda FOX TV-nin aparıcısı Fateh Portakalı nəzərdə tutaraq “Portakaldımı, mandalinmidir, çıxıb xalıq küçələrə çağırır. Həddini bil. Əgər bilməzsənsə, bu millət ənsəni patladar”, – deyə bildirib.

Ərdoğanın bu xəbərdarlığından sonra diqqət FOX TV-nin bugünkü “Ana xəbər” proqamına yönəlib.

Lakin TV-nin aparıcısı Fateh Portakal isə Ərdoğanın çıxışına şərh verməyəcəyini deyib: “Əcaba, nə deyəcək Fateh, əcaba haqqında söylənən sözlərə cavab verməyi düşünürmü? Xeyr, heç vaxt. Əgər belə bir şey gözləyirsinizsə, nə bu gün, nə sabah duyacaqsınız. Biz burada, sadəcə, Türkiyənin gerçək xəbərlərini yayırıq”.

Xatırladaq ki, ötən həftə FOX TV-nin “Ana xəbər” buraxılışında Fransadakı “Sarı jiletlilər”in aksiyasını şərh edən aparıcı Fateh Portakalın aşağıdakı sözləri Ərdoğanı qəzəbləndirib: “Gəlin barışcıl bir aksiya ilə bahalaşmaya, bütün qiymət artımlarına, qazın qiymətinə etiraz edək. Edə bilərikmi? Neçə nəfər qorxudan, narahatlıqdan küçəyə çıxacaq? Allah eşqinə, neçə nəfər meydana çıxar, deyə bilərsinizmi? Fərdi və toplumsal müxalifəti basqı altına almağa və sındırmağa çalışırlar. Oysa ki, etiraz etmək ən təbii haqqdır, amma tətbiqinə imkan verilmir. Fransa olsun, Türkiyə olsun, açığı, çox da fərq etmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru