Türkiyədə gəmi qəzaya uğrayıb – İçərisində Azərbaycan vətəndaşları da var

19-12-2018, 20:02           
Türkiyədə gəmi qəzaya uğrayıb – İçərisində Azərbaycan vətəndaşları da var
Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin məlumat verib.

Onun sözlərinə gör, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb: “Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb”. /AZƏRTAC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru