Rusiya inanmadı: Türkiyə bizi ABŞ-a satmaz

20-12-2018, 16:12           
Rusiya inanmadı: Türkiyə bizi ABŞ-a satmaz
S-400 sistemi Türkiyənin hava hücumundan müdafiə sisteminin əsasını təşkil edəcək. Buna görə də rəsmi Ankara başqa kiminsə bu komplekslər barəsində məlumatlandırılmasında maraqlı ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Korotçenkonun sözlərinə görə, qarşıdakı həftələrdə Türkiyə ilə imzalanan müqaviləyə növbəti hücumları gözləmək olar. Müqavilənin reallaşmasını istəməyən qüvvələr sözügedən sənədin imzalanmasının həm Türkiyə, həm də Rusiyaya faydalı olmamasına dair ictimai fikir yaratmaq, qarşılıqlı etibarsızlıq mühiti formalaşdırmaq, Türkiyə-Rusiya münasibətlərinə sədd çəkmək üçün hücuma keçəcəklər.

Xatırladaq ki, “Blumberq” nəşri Türkiyənin ABŞ ekspertlərinə Ankaranın müqavilənin icrasından sonra əldə edəcəyi Rusiyanın S-400 kompleksini tədqiq etməyi təklif elədiyini yazmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.