Ərdoğan və Tramp ABŞ-ın Suriyadan çıxmasını müzakirə ediblər

24-12-2018, 07:47           
Ərdoğan və Tramp ABŞ-ın Suriyadan çıxmasını müzakirə ediblər
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə telefon söhbəti edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin dövlət başçısı administrasiyası məlumat yayıb.

Məlumata görə, prezidentlər gündəlikdə duran ikitərəfli məsələləri, həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan söhbət zamanı ABŞ administrasiyasının Suriyada terrorçuluq ilə mübarizə sahəsində atdığı addımlardan razılığını ifadə edib.

Liderlər, Amerika qoşunlarının Suriyadan çıxarılması zamanı və onunla əlaqədar keçid mərhələsində sui-istifadəyə yol aça biləcək güc vakuumundan yayınmaq üçün iki ölkə hərbçiləri, diplomatları və digər səlahiyyətli şəxsləri arasında koordinasiyanı təmin etməyi razılaşdırıblar.

Daha əvvəl Ərdoğan Trampın Suriya ilə bağlı qərarına münasibət bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.