Türkiyənin məşhur sənətçisi, aktyor Metin Akpınar haqqında cinayət işi açılıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb onun jurnalist Uğur Dündarın “Halk TV”dəki proqramındakı çıxışı olub.
O, Ərdoğan hakimiyyətini tənqid edərək bildirib ki, hazırkı vəziyyət ölkədə daxili savaşın çıxmasına belə səbəb ola bilər: “Ya da faşizmin qarşılaşdığı kimi, bəlkə liderin ayağından asarlar, bəlkə zəhərləyərlər, bəlkə də başqaları kimi axırı yaxşı olmaya bilər“.
M.Akpınara iqtidardakı AKP başqanı və ölkənin prezident Rəcəb Tayyib Ərdoğandan cavab gecikməyib. Ərdoğan aktyoru nəzərdə tutaraq “Sənin nə həddinə, bu ölkənin prezidentini ipə aparırsan?“ kimi sərt ifadələr istifadə edib: “İndi də media orqanları vasitəsi ilə məni ipə aparacaqlarmış. İndi bunun cavabını ver“.