Güney Azərbaycan Milli fəalları İbrahim Nuri və Cəfər Rüstəmi həbs və sürgünlüyə məhküm edildilər.....

24-12-2018, 21:05           
Güney Azərbaycan Milli fəalları İbrahim Nuri və Cəfər Rüstəmi həbs və sürgünlüyə məhküm edildilər.....
Güney Azərbaycan Milli fəalları İbrahim Nuri və Cəfər Rüstəmi həbs və sürgünlüyə məhküm edilərək, siyasi-ictimai və media haqlarından yasaqlandırıldılar


Tehran inqilab məhkəməsinin 26-cı şöbəsi Babək qalası yürüşündə iştirak etmə zənni ilə tutuqlnıb həsb edilən İbrahim Nuri və Cəfər Rüstəmini həbs, sürgünlük və siyasi-ictimai və media haqlarından məhrum etdi.

İbrahim Nuri 18 ay həbs və 2 il Əfqanistan sınırında olan Nəhbəndan (güney xurasan) şəhərinə sürgünlüyə, və Cəfər Rüstəmi 6 ay həbs cəzasına xatırlanan məhkəmə tərəfindən məhkum ediliblər.

Eləcə də, fəallara oxunan hökmdə, Bütün mədəni və siyasi təşkilatlarda, siyasi-ictimayi mitinqlərdə və medialarda iştirak etmələrinə qadağa qoyulubdur.

Şifahi elan olan hökmdə, İbrahim Nuriə qarşı verilən hökmün nədəni, onun 30 dəfədən çox fəaliyətləri üzrə tutuqlanıb və məhkəməyə boyun əyməməsi qeyd olunubdur.

Cəfər Rüstəmi haqda isə, onun 7 aylıq keçmiş dosyasındaki həbs cəzası qeydə alınıbdır.

26 yaşlı əhər şəhərindən olan İbrahim Nuri, Əhər hüquq fakültəsində təhsil almışdır. fəal iyul ayının 2-sində Tehranda tutuqlanıb EVİN dustaqlığına saxlanılmışdır. Əhər savcisi tərəfindən onun mükü vəsiqəsi rədd olunaraq, azadlığının qarşısı alınıb və keçmiş 6 ay həbs cəzasının icra olunmasına avqust ayından səbəb olmuşdur.

Beynalxalq Əfv təşkilatı İbrahım Nurini vicdan və əqidə dustağı tanımış və elan etmişdir. Həmən Təşkilat Babək qalası yürüşü ilə bağlı Təhlükəsizlik quvvələri tərəfindən tutuqlanan bütün Azərbaycan milli fəalların qeydsiz və şərtsiz Azad olmalarını tələb etmişdir. Ancaq bugünə kimi Çoxlu sayda milli fəallar məhkəmə tərəfindən çağırılın, mühakimə edilərək həbs cəzasına məhkum ediliblər.

Sözü gedən iki fəal barəsində oxunan hökm belə qeydə alınıbdır:

"Məhkəmənin rəyi"

Tehranın 33-cü nahiyəli Umumi və inqilab məhkəməsinin verdiyi hökmə görə;

1. Həmdülla oğlu İbrahim Nuri, şiə məzhəbli Müsəlman, savadlı, öyrənci və sabiqəyə malik olan məhkum və mülkü vəsiqəyə aciz

2. Cavad oğlu Cəfər Rüstəmi Rad, 1986, şiə məzhəbli müsəlman, savadlı, sabiqəli məhkum, mülkü vəsiqə ilə azad olub.

suçları və ittihamları: İran sistemine qarşı təblğ aparmaqla məhkumdular. və son dəfə 2018-ci ilin iyulun 2-sində tehran şəhərində tanınıb və tutuqlanmışlar. sanal dünyasına geniş surətdə bölücülüklə məşğul olaraq keçmiş cəzalarından peşman almayaraq davam edibdir. sanalda bütün çalışmaları zəbt olunaraq dosyasına qeyd olunub və məhkum qol çəkibdir.

ikinci məhkum isə, sabiqdə 7 ay həbs cəzası olaraq başqa bölücü fəallarıyla ilgidə olub və İbrahim nurini öz çalışma məkanında sığındıraraq işə almışdır. adı geçən məhkum 4 dəfədən çox tutuqlanma sabiqəyə malikdir. Hər halda o ilk məhkum ibrahim nuri ilə müqaisədə az fəaliyəti olduğu üçün kaşif sazman mərhəmət tələb etmişdir.

Və Nəhayət, məhkumların məqsədi bölücülük olaraq, İran hakimiyyətinin zəifliyinə səbəb olaraq, sorğuya çəkmişlər. bu səbəbdən İslam Cəza yasasının 500-cü maddəsinə görə Və 137-ci əsl əsasında İbrahim Nuri 18 ay həbs cəzasına və Cəfər Rüstəmi Rad isə 6 ay həbsə məhkumdular.

Və Nəhayət, İlk Məhkum İbrahim Nuri xatırlanan Yasanın 23-cü maddəsinə görə Həbsdən sonra 2 il müddətində Nəhbəndan şəhərinə sürgünlüyə məhkumdur.
Eləcədə hər İki məhkum Bütün təşkilatlarda və siyasi-ictimai quruplarda öyə olmağa və media haqlarından məhrum edilirlər.

Sadir olunan rəyə 20 günə qədər apelyasiya məhkəməsində etiraz edə bilərlər.

"26-cı şöbə qazisi- Əhmədzadə"
Günaz tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.