Ruhani İdarə “KFC” restoranları barədə xəbərdarlıq etdi...

25-12-2018, 09:24           
Ruhani İdarə “KFC” restoranları barədə xəbərdarlıq etdi...
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) tərəfindən “KFC” restoranlar şəbəkəsinə verilmiş "Halal" sertifikatı etibarsızdır.

Moderator.az xəbər verir ki, QMRİ-nin saytında bu haqda istehlakçılara ünvanlanan məlumatı "Kazakhstan Today” nəşri yayıb.

Məlumatda idarə “KFC” ayaqüstü yemək(“fast-food”) restoranlarında “Halal” sertifikatı olmayan toyuq ətindən istifadə edilməsi barədə xəbərdarlıq edir.

"Əvvəllər “KFS” restoranlar şəbəkəsi Rusiya Federasiyasında “Halal” standartının tələblərinə uyğun olaraq hazırlanan “Ağ quş” quşçüluq müəssisəsinin məhsullarından istifadə edirdi. Ancaq Rusiya Federasiyasının tətbiq etdiyi məhdudiyyətlər və “Ağ quş” toyuq məhsullarının həcminin azalması səbəbindən “KFS " Ağ Quş" məhsulu ilə yanaşı, QMRİ-nin “Halal” standartının tələblərinə cavab verməyən bir sıra digər quşçuluq təsərrüfatlarının məhsullarını da işlədir", - deyə məlumatda bildirilir.

Bununla əlaqədar QMRİ ilə "Halal Damu" və "Caspian International Restaurants Company" arasındakı saziş müvəqqəti olaraq dayandırılıb.


Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru