ABŞ-dan Türkiyəyə səfər- Gülənin ekstradisiyası reallaşır…

30-12-2018, 16:24           
ABŞ-dan Türkiyəyə səfər- Gülənin ekstradisiyası reallaşır…
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül “CNN Türk”də qatıldığı proqramda FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası haqqında danışıb.

Teref.az xəbər verir ki, nazir ABŞ tərəfi ilə bu barədə razılıq əldə olunacağına ümid etdiyini deyib.

“Bu yaxınlarda ABŞ rəsmiləri bu məsələ ilə bağlı Türkiyəyə gələcəklər. Hüquqi yardım çərçivəsində müzakirələr aparılacaq. Biz hüquqi dövlət olaraq bu terrorçunun Türkiyəyə veriləcəyinə ümid edirik. Türkiyədə edam cəzası yoxdur. Ona görə də ekstradisiya üçün heç bir əngəl yoxdur” – deyə Abdulhamit Gül qeyd edib. /Teleqraf.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru