Qazaxıstanda paytaxtın yeni adına görə kütləvi dava

21-03-2019, 13:28           
Qazaxıstanda paytaxtın yeni adına görə kütləvi dava
Qazaxıstan paytaxtının adının dəyişdirilməsinin tərəfdarları və əleydarları arasında Astana meriyasının binası qarşısında kütləvi dava düşüb. Asayış keşikçiləri aksiyaya müdaxilə edib, hər iki tərəfdən saxlanılanlar var.

Bu haqda “RİA Novosti”nin Qazaxıstandakı müxbiri məlumat verir. Rəsmi rəqəmlər açıqlanmasa da, insidentdən sonra 20-ə yaxın dava iştirakçısının saxlanıldığı bildirilir. İnsident Novruz şənliyinin keçirildiyi meydanda qeydə alınıb.

Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində paytaxta Nursultan adının qoyulmasından narazı olan bir qrup ictimai fəal, insanları meriya binası qarşısına toplaşaraq, dinc etiraz aksiyası keçirməyə çağırmışdı. Bundan başqa internetdə “Nursultan” əleyhdarları onlayn petisiya başladıb. Elektron sənədi artıq 32 mindən çox insan imzalayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.