Atatürkə sayğısızlıq polkovniki özündən çıxardı: “Hər kəs həddini bilsin”

21-03-2019, 17:28           
Atatürkə sayğısızlıq polkovniki özündən çıxardı: “Hər kəs həddini bilsin”
Çanaqqala savaşının ildönümü ilə bağlı İstanbulun Avcılar bölgəsində keçirilən tədbirdə Türkiyə cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşanın adının çəkilməməsi polkovnik Önder İrevülü özündən çıxarıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Əsgərlik Şöbəsinin rəhbəri polkovnik İrevül şəhidlərə dua oxuyan aparıcının yanına gələrək ona etirazını bildirib: “Sən Atatürk adlı bir adamın adını adam eşitdinmi? Niyə ona “Fatihə” oxumadın?”. Sonra Önder İrevül bununla bağlı sosial şəbəkə hesabında da yazıb: “33 ildir başda əbədi baş komandan Atatürk olmaqla müqəddəs şəhidləriminizlə eyni uniformanı geyməyimin qürurunu yaşayıram. Çanaqqala zəfərinin ildönümündə Atatürkün adını anmayanların gözlərinin içinə deyərəm: Hər kəs həddini bilsin!”

Qeyd edək ki, İrevülün bu paylaşımına çoxlu sayda bəyənmə gəlib. İnsanlar yazdıqları şərhlərlə polkovniki dəstəkləyiblər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.