Nazarbayev üçün xüsusi vəzifə təsis edildi: prezidentdən də ali məqam

21-03-2019, 19:45           
Nazarbayev üçün xüsusi vəzifə təsis edildi: prezidentdən də ali məqam
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev üçün yeni vəzifə təsis edilib.

Publika.az xəbər verir ki, prezident vəzifəsindən istefa vers belə, Nazarbayev “ömür boyu milli liderlik” postunda qalacaq.

Üstəlik, bu məqam sadəcə ona məxsus olacaq. Bu vəzifə Nazarbayevə prezident səlahiyyətlərini kimin icra etməsindən asılı olmayaraq geniş səlahiyyətlər tanıyır. Belə ki, Nazarbayev Qazaxıstan xalqına, dövlət orqanlarına və səlahiyyətli şəxslərə müraciət etmək haqqına sahibdir. Əlavə olaraq, parlamentdəki komitələrin, nazirlər kabinetinin iclaslarına qatıla biləcək.

Qeyd edək ki, 79 yaşlı Nursultan Nazarbayev 1991-ci ildə Qazaxıstan Respublikasının qurucusu kimi fəaliyyətə başlayıb. Gözlənilməz şəkildə vəzifəsindən istefa verən sabiq prezdent vəzifəsinin qalan müddətinin səlahiyyətlərini parlamentin sədri Kasım-Jomart Tokayevə tapşırıb. Qazaxıstan Xalq Məclisi və Təhlükəsizlik Şurasına sədrlik edə biləcək. Prezident sifəti ilə Təhlükəsizlik Şurasının səlahiyyətlərini təyin edəcək, ölkənin xarici və daxili siyasətlərinin ana parametrləri barədə müsbət və ya mənfi rəy bildirə biləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.