Türkmənlər çıxılmaz durumda: Azərbaycanlılar köməyə gəldi

23-03-2019, 08:15           
Türkmənlər çıxılmaz durumda: Azərbaycanlılar köməyə gəldi
İranın Türkmənsəhra bölgəsinin bir çox şəhərlərində meydana gələn sel həyatı iflic edib.

Axar.az xəbər verir ki, təbii fəlakət Günbedkavus, Akkale, Qaimşehr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib.

Akkale şəhərinin isə ümumiyyətlə yarısının və 10 kəndinin tamamilə sular altında qaldığı deyilir.

Sel fəlakəti zamanı hər hansı ölüm faktının qeydə alınmadığı bildirilsə də, 23 min sakinin çıxılmaz vəziyyətdə qaldığı məlum olub.

Belə ki, Novruz bayramından dolayı rəsmi olaraq 5 günlük tətil (20-24 mart) elan edilməsi səbəbindən xilasedicilərin tam qüvvə ilə işləməməsi fəsadların aradan qaldırılması işlərini ləngidir.

Bu da haqlı olaraq seldən əziyyət çəkən əhalidə ciddi narazılıq yaradır.

***

Məlumata görə, Təbriz, Ərdəbil, Tehran və s. şəhərlərdən olan azərbaycanlılar fəlakətdən əziyyət çəkən türkmənlərin yardımına gəlib, onlara içməli su paylayıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru