Türkiyə Kolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq

25-03-2019, 07:44           
Türkiyə Kolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
Türkiyə Kolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq. Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyaya müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, BMT bu məsələ barədə artıq mövqeyini bildirib. Bundan əlavə Türkiyə Prezidenti Trampla görüşüb ona Netanyahuya seçkilərə Kolan yüksəkliklərini “qızıl sinidə” hədiyyə etməklə böyük səhv edir.

“Bu bütün dünyaya təhdiddir. Türkiyə Kolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq.”, deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Tramp 21 martda Twitter-də yazmışdı ki, ABŞ-ın Kolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq vaxtı gəlib çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru