Kanadada Novruz şənliyində dava: bayrağımız təhqir olunub – VİDEO
27-03-2019, 07:33
Kanadada keçirilən Novruz şənliyində Azərbaycan bayrağı ayaq altına atılaraq tapdanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Toronto şəhərində qeydə alınıb. İran və Azərbaycan vətəndaşlarının birgə keçirdiyi şənlikdə dava olub. Bir qrup İran vətəndaşı Azərbaycan bayrağını ayaq altına ataraq tapdayıb, bayrağa bürünən azyaşlı qıza qarşı fiziki zorakılıq göstərilib.
Baş verən davada 5 nəfər ağır yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Ötən gün Torontoda yaşayan bir qrup azərbaycanlı bu olaya etiraz əlaməti olaraq yığışıb etiraz aksiyası keçiriblər. Onlar təşkilatçıların bu məsələyə görə cavab verməli olduqlarını bildirərək bütün Azərbaycan xalqından üzr istəmələrini tələb ediblər.
Aksiya iştirkçıları vurğulayıblar ki, İran vətəndaşları bu olayı ailə münaqişəsi kimi qələmə verməyə cəhd ediblər. Həmvətənlərimiz isə, bunu qəbul etmir. Onların sözlərinə görə, İran vətəndaşları bilərəkdən Azərbaycan bayrağını ayaq altına ataraq tapdalayıblar.