"ABŞ Türkiyəni proqramdan çıxarsa..." - F-35 məsələsində şok Rusiya detalı

21-04-2019, 00:10           
"ABŞ Türkiyəni proqramdan çıxarsa..." - F-35 məsələsində şok Rusiya detalı
“ABŞ Türkiyəni F-35 hazırlıq proqramından çıxarsa, Ankara Rusiya qırıcılarına üz tutacaq”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Defense News” nəşri çıxış edib.

Məsələ ilə bağlı Türkiyənin hərbi səlahiyyətli nümayəndələri nəşrə verilən müsahibədə danışıblar. Onlar texnoloji, iqtisadi və siyasi səbəblərdən F-35-lərin alternativləri haqqında danışmaq imkanlarının olmadığını vurğulayıblar.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) aprelin əvvəlində Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasını əsas gətirərək F-35 qırıcılarının istehsalı proqramındakı fəaliyyətlərini dondurduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru