Yıldırım seçkilərdə niyə məğlub oldu? - AKP-çi açıqladı

25-06-2019, 08:02           
Yıldırım seçkilərdə niyə məğlub oldu? - AKP-çi açıqladı
İki AKP-çi bir araya gəlirsə, deməli, çökürük. AKP-yə qarşı tənqidlərə fikir verilməsə, islahatlar aparılmasa, bu günləri axtaracağıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə AKP-nin Ankara üzrə keçmiş rəhbəri Nədim Yamalı çıxış edib.

"AKP-də son vaxtlar intizamın itməsi, təşkilatların səlahiyyətlərinin azalması, partiyanın sistemli bir şəkildə idarə edilməməsi təəssüf ki, seçkinin nəticələrində öz əksini tapdı və bu gün gəldiyimiz nöqtə budur", - Yamalı söyləyib.

Qeyd edək ki, 23 iyunda keçirilən İstanbul bələdiyyə başqanı seçkilərində CHP-nin namizədi Ə.İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru