Səhər saatlarında DƏHŞƏTLİ QƏZA: 10 nəfər öldü - FOTO
26-06-2019, 09:52
Türkiyənin Ədirnə vilayətinin Yunanıstanla sərhəddə yerləşən Meriç mahalında qeyri-qanunu miqrantları daşıyan mikroavtobus səhər saatlarında qəzaya uğrayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədirnə valisi Əkrəm Canalp qəzada 10 nəfərin öldüyünü söyləyib.
Yaralananların olduğu bildirilir.
Hadisə yerinə tibbi xidmət və jandarma qrupları cəlb edilib.