Qanuni Sultan Süleymanın məzarı tapıldı

10-12-2015, 01:37           
Qanuni Sultan Süleymanın məzarı tapıldı
Osmanlı dövlətinin 10-cu sultanı Qanuni Sultan Süleymanın məzarı aşkar olunub. Musavat.com xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Türkiyə səfiri Şakir Fakılı Türk əməkdaşlıq və Koordinasiya Agentliyi rəsmiləri və macar alimlərnin qatıldığı mətbuat konfransında Ziqetvar yaxınlığında Qanuni Sultan Suleymanın itmiş məzarının tapıldığı açıqlanıb.
1566-ci ildə Ziqetvar yürüşü zamanı həyatını itirən Osmanlı padşahının daxili orqanları orada dəfn edilmiş, nəşi isə İstanbula göndərilmişdi.
Daha sonra türbə halına gələn lakin aradan keçən illər içərisində izləri itən Ziqetvardakı məzarın tam olaraq harda olduğu üçün illər öncə bir araşdırma komitəsi qurulub.
Komitənin havadan və qurudan apardığı araşdırmalar nəticəsində məzarın Ziqetvar Üzüm təpəsində olduğu məlum olub. Məzarın yeri Budapeştdə təşkil olunan mətbuat konfransında Professor Norbert Pap tərəfindın açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru