Prezident İlham Əliyev bayram tədbirlərində iştirak etmək üçün Çanaqqala şəhərinə gəlib

24-04-2015, 17:35           

Azərbaycan Prezidenti İlham Əliyev bayram tədbirlərində iştirak etmək üçün Çanaqqala şəhərinə səfərə gəlib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Türkiyədə bu gün Çanaqqala savaşında Qələbənin 100-cü ildönümü qeyd olunur.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru