Türkiyə-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya

29-12-2019, 00:13           
Türkiyə-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya
“Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci ildə ölkənin Los-Anclesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən terrorçu Xampiq Sasunyanın şərti azadlıq tələbinin qəbul edilməsi haqqında bəyanat yayaraq bildirib. Bəyanatda rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib: “Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”, - Türkiyə XİN-dən bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.