“Türk axını”nın işə salınacağı tarix açıqlandı

29-12-2019, 03:32           
“Türk axını”nın işə salınacağı tarix açıqlandı
Türkiyə “Türk axını” qaz layihəsini 8 yanvar 2020-ci ildə işə salacaq.Bu sözləri Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.

“Biz “Türk axını” layihəsini yanvarın 8-də işə salacağıq və şərqdən və şimaldan gələn qaz boruları ilə beynəlxalq təbii qaz bazarlarında əvəzedilməz olacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, “Türk axını” layihəsi hər biri 15,75 milyard kub metr olan iki qoldan ibarətdir. Birinci qol qazın Türkiyədəki istehlakçılarının, ikinci qol isə cənub-şərqi Avropa ölkələrinin qaz təminatı üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru