İsti gəlişmə: Parlament təcili toplanır - Türkiyədən şok qərar

29-12-2019, 10:49           
İsti gəlişmə: Parlament təcili toplanır - Türkiyədən şok qərar
Liviyaya hərbi qüvvə göndərilməsi məsələsinin müzkirə edilməsi üçün Türkiyə parlamentinin növbədənkənar iclası çağırılacaq.

Teleqraf.com xəbər verir ki, iclasın gələn həftə baş tutacağı bildirilib.

Məlumata görə, məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi qəbul ediləcəyi halda, ilkin mərhələdə Liviyaya hava hücumundan müdafiə sistemləri göndəriləcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiya rəhbəri Naci Boctancı bildirib ki, sözügedən qanun layihəsi sabah parlamentə təqdim edilə bilər.

Yanvarın 2-də isə parlamentin təcili iclasının baş tutacağlı ehtimal olunur. Parlamentin iclasının yanvarın 7-də keçiriləcəyi gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru