PKK-nın 40 ildə atdığı bütün addımlar... - Türkiyə ilk dəfə açıqlandı
30-12-2019, 00:22
Bütün pilotsuz uçuş aparatlarında, təyyarələrimizdə PKK terror təşkilatının son 40 ildir addım atdığı bütün yerlər nəzarətə götürülüb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, PKK terror təşkilatına yönəlik əməliyyatlar fasiləsiz davam edir: "O qədər çox texnoloji imkanlarımız var ki, danışsam, millətimiz çox məmnun olacaq, amma hələ açıqlamaq olmaz. Sadəcə birini deyim, bütün PUA və təyyarlərimizdə terror təşkilatlarının son 40 ildə addım atdığı bütün yerlər qeydə alınmış vəziyyətdədir. Bütün mağaralar, girişlər nəzarət altındadır".