“Türkiyənin Ceyms Bondu” danışdı: “Əsl hədəf mən deyildim...”

13-12-2015, 11:12           

2014-cü ilin dekabrında Almaniyada “Türk agenti” adlandırılaraq həbs olunan Taha Gergerlioğlu sərbəst buraxıldıqdan sonra ilk dəfə açıqlama verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Taha Gergerlioğlu əsl hədəfin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu deyib.

Taha Gergerlioğlunun babası Əbdürrəhman Əfəndi II Əbdülhəmid dövrünün ən əhəmiyyətli məsləhətçilərindən biri olub. Avropada da seminarlar təşkil edərək və məsləhətçilik edən Gergerlioğlu Türkiyədə olmayan texnoloji infrastrukturları ölkəyə gətirməyə çalışırdı. 2014-cü il dekabr 17-də Almaniyanın Frankfurt şəhərində həbs olunub. Almaniya məhkəməsi bir illik işgəncə və sorğulardan sonra “Türk agenti” və digər iki nəfəri dəlil yetərsizliyindən bu il noyabrın 6-da sərbəst buraxıb.

“Almaniya kəşfiyyatı məni “Türk agenti” adlandırdı. Məni Türkiyənin ən güclü dördüncü adamı hesab etdilər. Onlar mənə “Türkiyənin Ceyms Bondu” dedilər. Nə qədər araşdırsalar da, dəlil tapa bilmədilər. Almaniya kəşfiyyatı hələ də mənim peşəkar agent olduğuma inanır. Mənə “sənin türk Ceyms Bond olduğunu bilirik, amma bunu sübut edə bilmədik” dedilər. Əməliyyatın əsl hədəfi isə prezident Rəcəb Tayyib Ərdoğan idi. Mənim üzərimdən Türkiyəyə qarşı əməliyyat həyata keçirməyə çalışdılar”, - o, deyib.

O, Almaniya kəşfiyyatında “Paralel dövlət”in nümayəndələrinin olduğunu iddia edib: “Haqqımda hazırlanan ittihamnamə "Gülənçi" prokuror və polislərin yazdıqlarına çox bənzəyirdi”.

Onun sözlərinə görə, Türkiyənin şərq və cənubi-şərqindəki qarşıdırmaların arxasında Almaniya dayanıb. Taha Gergerlioğlu PKK-ya əhəmiyyətli maliyyə dəstəyinin verildiyini də bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.