SON DƏQİQƏ: Türkiyə dəhşətli zəlzələlərlə silkələndi - 7,5 BAL GÖZLƏNİLİR
27-01-2020, 17:12
Türkiyənin paytaxtı Ankarada zəlzələ olub. Publika.az xəbər verir ki, yerli vaxtla 13:51-də Akyurt rayonunda 3,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Xatırladaq ki, saat 12:33-də İstanbulda 3,1 bal gücündə zəlzələ olmuşdu. Daha əvvəl Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbulda 7,5 ballıq zəlzələ gözlənildiyini açıqlayıb.