Türk generallar sərhədə gəldi: Döyüşə birbaşa nəzarət edirlər

28-02-2020, 09:23           
Türk generallar sərhədə gəldi: Döyüşə birbaşa nəzarət edirlər
Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

Axar.az xəbər verir ki, Akarı Quru Qoşunları və Hərbi Hava Qüvvələri komandanları müşayiət ediblər.

Generallar Hatay şəhərində İdlibdəki əməliyyatların idarəetmə mərkəzindən Əsəd qüvvələrinə qarşı əməliyyatı idarə edirlər.

Türk generalların Hataya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi kritik iclasdan sonra yola düşdükləri bildirilib.

Qeyd edək ki, bundan öncə Əsəd rejimi Rusiyanın dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirib. Nəticədə 33 türk əsgəri şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru