Türkiyə Ordusu İdlibdə hücuma keçdi

28-02-2020, 11:09           
Türkiyə Ordusu İdlibdə hücuma keçdi
Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Hazırda hava və qurudan Suriya rejiminin bütün hədəflərinə zərbələr endirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu açıqlamanı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yayıb.

O bildirib ki, zərbələr endirilməkdə davam edəcək: "Suriya ordusunun bütün bilinən hədəflərinə hazırda zərbələr endirilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək. Astana sammiti tərəfləri başda olmaqla, bütün beynəlxalq toplumu üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq".

Qeyd edək ki, bu gün Suriya ordusunun hücumu nəticəsində 29 türk əsgəri şəhid olub, 36 yaralı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru