Putin və Ərdoğan danışdı: Hər iki tərəf hazırdır! – Təcili

28-02-2020, 16:08           
Putin və Ərdoğan danışdı: Hər iki tərəf hazırdır! – Təcili
Rusiya və Türkiyə prezidentləri telefon əlaqəsi saxlayaraq İdlibdəki razılaşmaların hansı formada həyata keçiriləcəyini müzakirə edib.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Putin və Ərdoğan arasındakı İdlib mövzusu ilə bağlı razılaşmalara sadiqik. Terrorçularla müxalif qüvvələrin bir-birindən ayrılması ümumi məqsədimiz sayılmalıdır. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas prioritetimiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir”, – Lavrov bildirib.

Rusiyalı nazir qeyd edib ki, dünənki koordinasiya məlumatları Suriya ordusuna ötürülmüşdü:

“Vurulan türk qoşunları haqqında məlumat yox idi. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq üçün bölgədə fəaliyyət göstərən türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik.

Rusiya və Türkiyə nümayəndə heyəti görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdliblə bağlı koordinasiya yaratmaq üçün danışıqlara hazırıq”. /Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru