Türk ordusundan bombalı mesaj: Hatay oğurluq deyil!
2-03-2020, 08:03
Suriyada Əsəd rejiminə qarşı əməliyyatlarda istifadə edilən Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının sursatında yazılan qeyd diqqətləri çəkib.
Axar.az xəbər verir ki, sursatın bir tərəfində şəhid düşən türk əsgərlərinin sayı, digər tərəfində isə “Hatay oğurluq deyil!” yazısı həkk oluunub.
Türkiyə ordusunun bu yazı ilə Rusiyaya mesaj verdiyi iddia edilib.
Qeyd edək ki, Sputnik agentliyində “Oğurlanan şəhər: Suriyanın bir hissəsi 80 il əvvəl Fransa tərəfindən niyə Türkiyəyə verildi?” başlıqlı təxribat xarakterli məqalə yayımlanmışdı.