İdlib səmasında Suriya və Türkiyə bir-birinin 9 təyyarə və PUA-sını vuraraq salıblar

2-03-2020, 10:02           
İdlib səmasında Suriya və Türkiyə bir-birinin 9 təyyarə və PUA-sını vuraraq salıblar
İdlib səmasında Suriya və Türkiyə bir-birinin 9 təyyarə və PUA-sını vuraraq salıblar
İdlib və Hələb əyalətləri səmasında Türkiyə və Suriya Orduları arasında gedən qarşıdurma zamanı tərəflər bir-birinin 9 hərbi və pilotsuz təyyarələrini vurublar.

SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Ordusu İdlib və Hələb səmasında Suriya Hərbi Hava Qüvvələrinin 3 hərbi təyyarəsini vuraraq salıb.

Suriyanın SANA Agentliyi şimalda azı 2 ədəd Su-24 hərbi təyyarəsinin vuurlduğunu bildirib.

Hər iki təyyarənin pilotları katapult edərək, hökumət qüvvələrinin nəzarətindəki bölgələrə eniş ediblər.

Eyni zamanda Suriya hərbi mənbələri son iki sutka ərzində Türkiyənin 6 ədəd pilotsuz təyyarəsini İdlib və Hələb səmasında vurduqlarını bildiriblər.

Son sutkada Türkiyə Ordusu Hələb və Həma əyalətlərində yerləşən iki hava limanını intensiv şəkildə hədəfə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru