Kreml Türkiyə ilə qarşılıqlı əlaqənin dəyərini açıqladı

2-03-2020, 16:25           
Kreml Türkiyə ilə qarşılıqlı əlaqənin dəyərini açıqladı
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə ilə əməkdaşlığın Suriyada terrorla mübarizə kontekstində Moskva üçün vacib olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Peskovun sözlərinə görə, Rusiya tərəfi Soçi razılaşmalarına sadiq qalır.

Mətbuat katibi deyib ki, Moskva Suriyanın öz ərazi bütövlüyünün bərpası üçün terror qruplaşmalarına qarşı mübarizəsini dəstəkləyir.

Kreml nümayəndəsinin vurğuladığı kimi, Rusiya bu məsələdə türklərlə əməkdaşlığa böyük əhəmiyyət verir.

Daha əvvəl məlum olub ki, Türkiyə prezidenti Tayyib Ərdoğan danışıqlar üçün martın 5-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru